2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda 611,7 min dkl pivə istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 100 min dkl və ya19,5% artıb.
Ötən ilin yanvar-fevral aylarında 511,7 min dkl pivə istehsal edilmişdi.
2024-cü ilin mart ayının 1-nə hazır məhsul istehsalı 273,4 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 2,3 min dkl, yəni 0,8% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 275,7 min dkl olub.