Azərbaycanda sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə zavodu qurulacaq.
Bu il Sumqayıtda sənaye parkında 4 zavod işə düşəcək - 600-DƏN ÇOX YENİ İŞ YERİ
FED.az xəbər verir ki, bunu “AzerGold” QSC-də 2022-ci ilin yekunları və qarşıda duran vəzifələrə dair müşavirədə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bildirib.
İdarə Heyətinin sədri dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilmiş törəmə cəmiyyət – “AzerBlast” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə zavodun qurulması layihəsinin icrası istiqamətində işlərin sürətlə davam etdirildiyini qeyd edib. O, istehsal gücü 31 min ton sənaye partlayıcısı olan zavod üzrə Gəncə şəhərində cari ildə tikinti işlərinin başlanılması və yekunlaşdırılmasının planlaşdırıldığını bildirib.