2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisənin (Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin keramik plitələrin istehsalı müəssisəsi, “AK Pack” MMC-nin mat və parlaq ambalaj istehsalı müəssisəsi, "Novus Plastica" MMC-nin polimer məhsullarının emalı müəssisəsi, “UPI - Universal Packing İndustry” QSC-nin qablaşdırma məhsullarının (qofro karton, zərf, fayl və s.) istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır.
İZİA-nın sənaye parklarının rezidentləri 436 milyon manatdan çox - QƏNAƏT EDİB
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev bildirib.
Ümumi investisiya həcmi 90 milyon manatdan çox olan bu müəssisələrdə 600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. (Marja)