“P-Aqro” MMC (VÖEN: 1404226851) nizamnamə kapitalını azaldır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalının 270 manata azaldığını elan edib.
Qeyd edək ki, “P-Aqro” MMC 2018-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Əlizadə Azər Əli oğludur. Şirkət Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev, ev.92, m.34 hüquqi ünvanında yerləşir.
Bildirək ki, “P-Aqro” MMC pambıqçılıq sahəsində fəaliyyət göstərir. Şirkət Azərbaycandan xaricə satılan pambığın ixracatında yaxından iştirak edir. Belə ki, bu ilin yanvar-iyun aylarında “P-Aqro” MMC xarici ölkərə 24,4 milyon dollarlıq pambıq satıb. Bu rəqəm 2025-ci ilin yanvar-iyun aylarında 21,1 milyon dollar idi.













