2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 376 ədəd minik avtomobili istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə minik avtomobili istehsalı 742 ədəd və ya 45,4% artıb.
2022-ci ilin yanvar-okryabr aylarında bu göstərici 1 634 ədəd təşkil edib.
2023-cü ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 485 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 368 ədəd yaxud 4,1 dəfə artıb.
2022-ci ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 117 ədəd olub.
Bu ilin 10 ayı ərzində isə 307 ədəd yük avtomobili istehsal edilib ki, bu da illik müqayisədə 12,5% çoxdur. Hazır məhsul ehtiyatı cəmi 1 ədəd olub.