2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 580 ədəd traktor istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə traktor istehsalı 48 ədəd və ya 9% artıb.
2022-ci ilin yanvar-okryabr aylarında bu göstərici 532 ədəd təşkil edib.
2023-cü ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 12 ədəd təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 8 ədəd yaxud 40% azalıb.
2022-ci ilin 1 noyabr tarixinə hazır məhsul ehtiyatı 20 ədəd olub.