2024-cü ilin III rübündə metal filizlərin hasilatı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 2 141,4 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə müqayisədə 96,7 manat və ya 4,7% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 2 044,7 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 557,3 manat təşkil edib ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 218,1 manat və ya 9,3% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 1 714,8 manat olub. Bu da illik müqayisədə 61,5 manat və ya 3,5% çoxdur.