2024-cü ilin III rübündə xam neft və təbii qaz hasilatı sahəsində işləyənlərin orta aylıq əmək haqqı 3 724,8 manata çatıb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu 2023-ci ilin eyni dövrü ilə müqayisədə müqayisədə 262,5 manat və ya 7,6% çoxdur.
Ötən ilin eyni dövründə bu sahədə çalışanların orta aylıq əmək haqqı 3 462,8 manat idi.
Qeyd edək ki, dövlət sektrounda çalışanların orta aylıq əmək haqqı 2 286 manat təşkil edib ki, bu 2023-cü ilin eyni dövrü ilə müqayisədə 51,5 manat və ya 2,3% çoxdur.
Özəl sektorda çalışanların orta aylıq əmək haqqı isə 4 683,6 manat olub. Bu da illik müqayisədə 392,2 manat və ya 9% çoxdur.