2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 10 min 168,5 ton marqarin yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 2 min 772,9 ton və ya 37,5% artıb.
Ötən ilin yanvar-fevral aylarında 7 min 395,6 ton istehsal marqarin edilmişdi.
Mart ayının 1-nə hazır məhsul ehtiyatı isə 5 min 768,6 ton təşkil edib.
Hazır məhsul ehtiyatı 1 940 ton, yəni 50,7% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 3 min 828,6 ton olub.