Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanda 478,3 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 214,7 ton və ya 81,4% artıb.
2024-cü ilin yanvar-fevral ayları ərzində bu göstərici 263,6 ton təşkil edib.
1 mart 2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 160,4 ton təşkil edib ki, bu da illik müqayisədə 59,2 ton və ya 27% azdır.
Ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 219,6 ton olub.
Xatırladaq ki, 2024-cü il ərzində Azərbaycandan 21,1 milyon dollar dəyərində qızıl ixrac edilib