Rusiyada köpüklü şərab istehsalı üzrə lider olan “Abrau-Durso” Şirkətlər Qrupu Azərbaycanda özünün istehsal sahəsində – “Şəki Şərab” zavodunda köpüklü şərabların istehsalını təşkil etməyi planlaşdırır.
Vahid Ələkbərov ilk dəfə olaraq Azərbaycanda - ŞƏRAB ZAVODUNA YATIRIM EDİB
FED.az xəbər verir ki, bununla bağlı Bakıda təqdimatlar keçirilib.
Təqdimatda bildirilib ki, şirkət 2023-cü ildə 4 milyon şüşə istehsal etmək və ixracatda sənaye liderlərindən birinə çevrilmək niyyətindıdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayevin sözlərinə görə, Azərbaycanda üzümçülüyün və şərabçılığın inkişafı AZPROMO-nun qarşısında duran ən mühüm vəzifələrdəndir.
“Abrau-Durso” Şirkətlər Qrupunun Azərbaycanda biznesini inkişaf etdirmək qərarına gəlməsindən məmnunuq. İnanırıq ki, şirkət üzərinə götürdüyü öhdəlikləri çərçivəsində həm müəssisəni yeni səviyyəyə qaldıracaq, həm də onun şərab məhsullarının ixrac potensialını xarici bazarlarda reallaşdıracaq”, - Y. Abdullayev qeyd edib.
“Abrau-Durso” Şirkətlər Qrupu, həmçinin turizm və enoqastronomiya sahəsində layihələrini təqdim edib. (Report)