2024-cü ilin yanvar-may aylarında Azərbaycanda 658 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 2 283 ədəd və ya 4,5 dəfə azdır.
2023-cü ilin yanvar-may aylarında 2 941 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 2,8 dəfə artaraq 883 ədəd təşkil edib.