2024-cü ilin yanvar ayında Azərbaycanda 231 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 162 ədəd və ya 3,3 dəfə çoxdur.
2023-cü ilin yanvar ayında 69 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 2 dəfə artaraq 464 ədəd təşkil edib.