Bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 203,5 mln. manatlıq məhsul istehsal edilib.
Azərbaycanda sement istehsalı azalıb - SİYAHI
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 63,2%, kimya sənayesi məhsullarının istehsalında 61,6%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 18,6% artıb.
Məlumata görə, hesabat dövründə rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,8 dəfə, əsas kimya məhsullarından propilen istehsalı isə 5,9% artıb. (Apa)
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
Yanvar 2023-ci il |
2022-ci ilin müvafiq göstəricisinə nisbətən, % |
Azot, min kubmetr |
1 877,1 |
98,5 |
ondan əmtəəlik |
17,1 |
36,8 |
Yod, ton |
13,4 |
89,3 |
Oksigen, min kubmetr |
176 |
13,5 |
ondan əmtəəlik |
173 |
13,3 |
Propilen, min ton |
14,4 |
105,9 |
ondan əmtəəlik |
13,7 |
108,7 |
Polietilen, min ton |
16,1 |
89,9 |
Etilen, min ton |
15,6 |
87,2 |
Metanol (metil spirti), min ton |
50 |
- |
Lak-boya məmulatları, ton |
1 668,2 |
94,1 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
2 959,2 |
108,3 |