Bu ilin yanvar-aprel aylarında ölkədə 8 min 689.6 ton kərə yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.5% azdır.
Ötən ilin yanvar-aprel aylarında ölkədə 8 min 912 ton kərə yağı istehsal edilib.
1 may 2025-ci il tarixinə hazır məhsul ehtiyatı 5,9 ton və ya 18,6% azalaraq 25,9 tona düşüb.