Bu gün Bakıda Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair Saziş imzalanıb.
“Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda inşa olunan ilk yedək gəmisi istismara verilib
FED.az xəbər verir ki, saziş "Bakı Gəmiqayırma Zavodu"nun İdarə Heyətinin sədri Elşad Nuriyev, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın Baş direktoru Taleh Ziyadov və "Damen Shipyards Gorinchem B.V." şirkətinin nümayəndəsi Vadim Akimov tərəfindən imzalanıb.
Sənədin icrası ilə "Bakı Gəmiqayırma Zavodu"nda Niderland şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxması üçün əhəmiyyətli olacaq.