İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə “Hell Energy” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, Ələt Azad İqtisadi Zonasının ərazisində illik istehsal gücü 700 milyon ədəd alüminium içki qutusu təşkil edəcək yeni zavod gələn il istifadəyə veriləcək.
"Hell" Azərbaycanda zavod tikəcək - FOTOLAR - YENİLƏNİB
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclasında bildirilib.
Sənədə əsasən, Ələt Azad İqtisadi Zonasının ərazisində Avropa ölkələrinin qabaqcıl texnologiyalarına əsaslanan yeni zavodda ilkin mərhələdə illik doldurma gücü 415 milyon ədəd alüminium içki qutusu istehsal ediləcək.
Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır. Layihənin investisiya dəyəri 211 milyon ABŞ dolları təşkil edir. (Report)