Azərbaycanda ilk dəfə olaraq gəmilərin hazırlanmasında Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC-yə daxil olan “STP Global Cable” MMC tərəfindən istehsal edilən kabellərdən istifadə ediləcək.
“Araz Vadisi” Sənaye Parkında yeni şirkət - 7,3 milyon xərcləyəcək, 124 nəfəri işlə təmin edəcək
FED.az xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Qaradağ Sənaye Parkının rezidenti "Bakı Gəmiqayırma Zavodu" MMC ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti "STP" MMC arasında əməkdaşlığa dair müqavilə imzalanıb.
Sənədə əsasən Bakı Gəmiqayırma Zavodunda hazırlanan gəmilərin inşasında "STP" MMC-yə daxil olan “STP Global Cable” MMC tərəfindən istehsal edilən kabellərdən istifadə ediləcək.
İlkin mərhələdə "Bakı Gəmiqayırma Zavodu" MMC tərəfindən “STP Global Cable” MMC-dən müxtəlif parametrli və sertifikatlı - 0.6/1KV yanğına davamlı ekranlı güc və aydınlatma, 250V individual ekranlı xəbərləşmə və kontrol, Cat 6A SFTP (individual olaraq daxilindəki tellər izolasyalı), Rg59/u+2x0.75 (antena və güc kabeli birlikdə olan) – kabelləri alınacaq.
Qeyd edək ki, indiyədək "Bakı Gəmiqayırma Zavodu" MMC tərəfindən gəmilərin hazırlanması zamanı istifadə edilən kabellər xarici ölkələrdən idxal edilirdi.