İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC yaxın 3 ayda istehsal gücünü təxminən 30 faiz artırmağı planlaşdırır.
Azərbaycan Qazaxıstan və İraqa əyləc bəndləri - İXRAC EDƏCƏK
FED.az xəbər verir ki, bunu əyləc bəndlərinin istehsalı ilə məşğul olan MMC-nin direktoru Mehman Ağayev deyib.
M.Ağayevin sözlərinə görə, indiyədək istehsala təxminən 1,8 milyon manat investisiya yatırılıb. Yaxın 3 ay ərzində əlavə olaraq 60-70 min dollar investisiyanın yatırılması qarşıya qoyulan əsas məqsəddir. Bu investisiya hesabına yeni avadanlıqlar alınacaq: “Bununla yaxın 3 ayda istehsalımızı genişləndirə biləcəyik. Əlavə investisiya məhz əyləc bəndlərinin istehsalının həcminin artırılmasına yönəlib”.
M.Ağayev qeyd edib ki, əsas hədəfləri yerli bazarda təxminən 20-25 faizlik paya sahib olmaqdır: “Bu, eyni sinifdən olan məhsulların pərakəndə satış qiymətlərinin 15-20 faiz azalmasına gətirib çıxaracaq. Hədəfimiz bu ilin sonu-gələn ilin əvvəlinədək bu nəticəni əldə etməkdir”. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)