Ağdam Sənaye Parkının yeni rezidenti “Eel Electric” MMC “Elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı” layihəsi icra edəcək.
Eləcə də bax: Ağdam Sənaye Parkında 4 yeni şirkət - 27 MİLYON MANAT SƏRMAYƏ, 250 YENİ İŞ YERİ
Bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.
Layihə çərçivəsində 10 və 35 kV-luq elektrik yuvalarının, eləcə də 0,4 kV-luq elektrik paylayıcı qurğu və idarəetmə lövhələrinin istehsalı planlaşdırılır.
İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 30 nəfər daimi işlə təmin ediləcək.
Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.