AMEA Yüksək Texnologiyalar Parkının yeni rezidenti “BEYT” MMC tərəfindən LED lampa üçün diod və mikrosxemlərin istehsalı həyata keçirələcək.
Eləcə də bax: Azərbaycanda ağıllı arı yeşikləri - İSTEHSAL EDİLƏCƏK
FED.az xəbər verir ki, Parkdan verilən məlumata görə, Azərbaycanda LED lampaların istehsalı qurulsa da, diod və mikrosxemlər əsasən xarici ölkələrdən idxal olunur. Layihənin həyata keçməsi ilə sənaye və məişətdə geniş istifadə olunan LED lampaların istehsalı daha da artacaqdır. Müəssisədə 30 nəfərin işlə təmin ediləcəyi gözlənilir. Bundan əlavə, istehsal prosesi tam avtomatlaşdırılmış şəkildə - qurulacaq 3 robot vasitəsilə həyata keçirələcək.
Qarabağda yaradılan “ağıllı şəhər” və “ağıllı kənd” lahiyələrində yalnız LED lampaların istifadəsinin planlandırılması, bu məhsullara olan marağın daha da artacağını proqnozlaşdırmağa əsas verir.
Layihənin ölkəmizdə icrası xaricə valyuta axının qarşısının alınması ilə yanaşı, LED lampaların maya dəyərinin də aşağı düşməsinə dəstək verəcəkdir. Həmçinin istehsal olunacaq yüksək keyfiyyətli diod və mikrosxemlərin daxili bazarda satışı ilə bərabər, həm də Gürcüstan, Rusiya və digər ölkələrə ixracı nəzərdə tutulur. (Marja)