“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ), Çinin “BYD Company Limited” (BYD) və “SARDA Group” şirkətlərinə məxsus “Electrify Azerbaijan” arasında Anlaşma Memorandumu imzalanıb.
Çin şirkəti Azərbaycanda elektrikli avtobus - İSTEHSAL EDƏ BİLƏR
FED.az xəbər verir ki, layihə çərçivəsində Azərbaycanda “BYD” şirkəti ilə elektrobusların yığılması və bir sıra ehtiyyat hissələrin istehsalının təşkili nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində ayrılmış 5 hektar torpaq sahəsində tikilməsi planlaşdırılan zavodda ildə 150-200 ədəd elektrobusların istehsalı nəzərdə tutulur. Eyni zamanda istehsal olunan elektrobusların daxili tələbatı qarşılamaqla yanaşı, Azərbaycanın ixrac potensialını da artıracaqdır.
Qeyd edək ki, 1995-ci ildə yaranmış BYD şirkəti elektronika, avtomobil istehsalı, bərpa olunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yenilikləri tətbiq edən dünyamiqyaslı aparıcı texnologiya şirkətlərindən biri hesab olunur.