2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 2 167,1 ton qızıl istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl istehsalı 35,9 ton və ya 1,7% artıb.
2023-cü ilin yanvar-oktyabr aylarında bu göstərici 2 131,2 ton təşkil edib.
01.11.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 390,3 ton təşkil edib ki, bu da illik müqayisədə 102,5 ton və ya 35,6% çoxdur.
Ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 287,8 ton olub.
9 ayın nəticələrinə görə Azərbaycandan İsveçrəyə 115 milyon 265,3 min dollar dəyərində 2 min 902 ton qızıl ixrac edilb.
Xarici ölkələrdən 1 milyard 833,9 milyon dollar dəyərində 23 min 859 tona yaxın qızıl idxal edilib.