2024-cü il ərzində Azərbaycanda 438,6 min ton armatur istehsal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 99,4 min ton və ya 29,3% artıb.
2023-cü ilin yekunlarına görə Azərbaycanda 339,2 min ton armatur istehsal edilmişdi.
Cari ilin yanvar ayının 1-nə hazır məhsul ehtiyatı 23,8 min ton təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12 ton (2 dəfə) artıb.