2024-cü ilin yanvar ayında Azərbaycanda 85,2 min dkl araq istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 17,1 min dkl və ya 16,7% azalıb.
Ötən ilin yanvar ayında 102,3 min dkl araq istehsal edilmişdi.
2024-cü ilin fevral ayının 1-nə hazır məhsul istehsalı 160,.min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 129,7 min dkl, yəni 5 dəfə artıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 30,6 min dkl olub.