2024-cü ilin yanvar ayında Azərbaycanda 3 746,8 ton duru bitki yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 1 228,6 ton və ya 48,8% artıb.
Ötən ilin yanvar ayında 2 518,2 ton yağ istehsal edilmişdi.
2024-cü ilin fevral ayının 1-nə hazır məhsul istehsalı 4 894,2 ton təşkil edib.
Hazır məhsul ehtiyatı 1 358,8 ton, yəni 21,7% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 6 258 ton olub,