2023-cü ilin yanvar-noyabr aylarında ölkədə 1130,4 min dekalitr (dkl) üzüm şərabı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına isitinadən xəbər verir
Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə istehsal 363,3 min dkl və ya 47,4% artıb.
Ötən ilin yanvar-noyabr aylarında 767,1 min dkl üzüm şərabı istehsal edilmişdi.
Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı isə 840,6 min dkl təşkil edib.
Hazır məhsul ehtiyatı 66,8 min dkl, yəni 7,4% azalıb. Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 907,4 min dkl olub.