Sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında “Azmonbat” Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub.
Eləcə də bax: Azərbaycanda qablaşdırma məhsullarının istehsalı üzrə müəssisə - İstifadəyə Veriləcək
FED.az xəbər verir ki, Prezident İlham Əliyev açılışda iştirak edib.
“Azmonbat” MMC-nin fəaliyyət istiqamətləri aşağıdakılardır.
- Əhalidə, dövlət və qeyri dövlət təşkilatlarında istifadə müddəti bitmiş qurğuşun tərkibli akkumulyator batareyalarını ətraf mühitə heç bir ziyan vurmadan toplanıb utilizasiya edilməsi.
- Utilizasiya prosesi zamanı utilizasiya edilən məhsuldan yeni məhsul istehsalı üçün maksimum dərəcədə çox xammal bərpa edilməsi.
- Müasir tələblərə cavab verən keyfiyyətli qurğuşun-turşulu akkumulyator batareyalarının istehsalı
- Ölkəmizin bütün regionlarında müasir standartlara cavab verən tullantı akkumulyatorların qəbulu və yeni akkumulyatorların satışı və servis edilməsi məntəqələrinin əhalinin xidmətinə verilməsi. (Marja)