2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 303,9 min ton armatur istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə armatur istehsalı 24,5% və ya 98,8 min ton azalıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 402,7 min ton təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 8,4 min ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 63 min ton və ya 8,5 dəfə azalıb.
01.12.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 71,4 min ton təşkil edib.