Azərbaycan və Türkiyənin birgə müəssisəsi “Assan-STP Panel” MMC-nin nizamnamə kapitalı və rəhbərliyinin kimlər olacağı açıqlandı.
Eləcə də bax: Azərbaycanda qablaşdırma məhsullarının istehsalı üzrə müəssisə - İstifadəyə Veriləcək
FED.az Banker.az-a istinadən xəbər verir ki, şirkət Sumqayıt şəhəri, Zeynalabdin Tağıyev qəs. Texno-Park Sahəsi (SKSP)-də qeydiyyata alınmaqla 2 550 000 manat nizamnamı kapitalına sahibdir.
Birgə müəssisəinin qanuni təmsilçisi Türkiyə vətəndaşı Pamir Ali Kemal-dır.
“Assan-STP Panel”in Müşahidə Şurasının üzvləri kimi Lokmanoğlu Şükrü Gökhan, Əliyeva Şölə Mürşüd Qızı, Ağabəyli Ruslan Taqor Oğlu, Tütüncu Mehmet Sabri, Akar İhsan Tolga, Kayabaşı Haluk adlış şəxslər seçilib.
Sumqayıt Texnologiyalar Parkı və Türkiyənin iri sənaye qrupu olan “Kibar Holding”ə aid “Assan Panel Sanayı ve Ticaret A.Ş.” (Assan Panel) şirkəti sendviç panellərin və tamamlayıcı məhsulların istehsalı üzrə birgə müəssisə yaratmaq məqsədilə 2021-ci ilin ilk rübündə müqavilə imzalayıblar.
“Assan-STP Panel” adı altında fəaliyyət göstərəcək şirkət STP-nin Sendviç Panelləri Zavodunun bazasında yaradılacaq. “Dünyada sendviç panel istehsal edən on ən böyük şirkətdən biri olan “Assan Panel”in Azərbaycana gəlməsi ölkənin məhsul idxalından asılılığın azalması, ixrac potensialının artırılması, həmçinin, ölkənin qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi baxımından önəmlidir”- deyə, STP-nin fevraldakı press-relizində deyilirdi.