İyunun 29-da Bakıda Ələt azad iqtisadi zonası ilə Gürcüstanın Kutaisi şəhərindəki Xualinq azad sənaye zonası arasında əməkdaşlıq memorandumunun imzalanma mərasimi baş tutub.
Eləcə də bax: Ələt Azad İqtisadi Zonasında vergi yeni qaydada - TƏNZİMLƏNƏCƏK
FED.az xəbər verir ki, sənədi Ələt azad iqtisadi zonasının İdarə heyətinin sədri Valeh Ələsgərov və Xualinq azad sənaye zonasının baş direktoru Soso Nibladze imzalayıb.
Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Gürcüstan biznes forumu keçirilir. (Trend)