Azərbaycanda ilk dəfə əlil arabaları istehsal olunacaq.
Eləcə də bax: Azərbaycanda “LED” lampaların istehsalına başlanılacaq - YENİ ZAVOD, 500 İŞ YERİ
FED.az xəbər verir ki, əlil arabalarının istehsalına İsmayıllı Velosiped Zavodunda (İSMA BİKE) başlanacaq.
Zavodun icraçı direktoru Hafiz Həsənov saytımıza açıqlamasında məlumatı təsdiqləyib.
O bildirib ki, artıq bununla bağlı Çinlə razılıq əldə olunub.
“Üç ay sonra zavodda əlil arabalarının istehsalına başlanılacaq. Çinlə razılaşmışıq, 10-15 gündən sonra xammalları sifariş edəcəyik. Xammal 2-3 ay ərzində ölkəyə gələcəyi üçün təxminən 3 ay sonra əlil arabalarının istehsalına start veriləcək”. (Modern.az)