Sənaye

“Azərbaycan Sənaye Korporasiyası”nın direktorlarından biri vəzifəsini - Tərk Edib

“Azərbaycan Sənaye Korporasiyası”nın direktorlarından biri vəzifəsini - Tərk Edib | FED.az
10:40 16 Aprel 2021

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Hüquq departamentinin direktoru Nadir Bayramov vəzifəsini tərk edib.

Eləcə də bax: Xarici vətəndaş “Aqrokimya Azərbaycan"a - Rəhbərlikdən Kənarlaşdırılıb

FED.az Banker.az-a istinadən xəbər verir ki, N.Bayramov, 27 sentyabr 2019-cu ildə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin Hüquq departamentinin direktor müavini, 18 iyun 2020-ci ildə Hüquq departamentinin direktoru vəzifəsinə təyin olunmuşdu.

Nadir Bayramov 24 aprel 1965-ci ildə Qazax rayonunda anadan olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1986-2014-cü illərdə hüquq üzrə müxtəlif sahələrdə, o cümlədən 2014-2015-ci illərdə “Azad Azərbaycan” MTRK-da hüquqşünas, 2015-2017-ci illərdə “Azpetrol Ltd” MMC-nin Hüquq şöbəsinin müdiri, 2017-2019-cu illərdə ‘’Azərbaycan Sənaye Korporasiyası’’ Açıq Səhmdar Cəmiyyətinin baş hüquqşünası, “Qeydiyyat və məhkəmələrlə” iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

Banner
Banner

Digər xəbərlər