İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkının rezidenti - “Aqrokimya Azərbaycan” MMC-nin direktoru, xarici vətəndaş Peter Simon Parr vəzifəsindən azad edilib.
Eləcə də bax: Azərbaycan Sənaye Korporasiyasında - Yeni Təyinat
FED.az xəbər verir ki, şirkətə rəhbərlik Kamran Muradova həvalə olunub.
Xatırladaq ki, “Aqrokimya Azərbaycan” 2016-cı ildə yaradılıb. Şirkətə məxsus müəssisə Azərbaycanda ilk dəfə bitki mühafizəsi vasitələri olan petisidlərin-bitkilərin ziyanvericilərdən, xəstəliklərdən, alaq otlarından mühafizəsi üçün aqrokimyəvi məhsullar istehsal edir. (Report)