2025-ci ildə Azərbaycanda 2 965,1 kq qızıl istehsal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, ötən illə müqayisədə qızıl istehsalı 301,6 kq və ya 11,3% artıb.
2024-cü ildə bu göstərici 2 663,5 kq təşkil edib.
1 yanvar 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 43,5 kq təşkil edib ki, bu da illik müqayisədə 12,5 kq və ya 22,3% azdır.
Ötən ilin eyni dövründə hazır qızıl ehtiyatı 56,0 kq olub.









