2025-ci ildə informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 3 milyard 989 milyon manatlıq xidmət göstərilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Məlumata görə, göstərilən xidmətlərin dəyəri əvvəlki illə müqayisədə real ifadədə 8,7% artıb.
Göstərilən xidmətlərin böyük hissəsi – 69,2 faizi əhali tərəfindən istehlak olunub.
Sektordan əldə edilən gəlirin əsas mənbəyi isə mobil telefon rabitəsi olaraq qalır. Belə ki, ümumi gəlirin 32,4 faizi və ya 1 milyard 290,9 milyon manatı məhz mobil rabitə sahəsində formalaşıb.









