Azərbaycanda ən iri kənd təsərrüfatı şirkətlərindən biri olan «Azərşəkər» ona məxsus olan təsərrüfatları və torpaq sahələrinin həcmini açıqlayıb.
Eləcə də bax: “Azərşəkər” nizamnamə kapitalını 3 milyon manata yaxın - ARTIRIB
FED.az xəbər verir ki, şirkət şəkər çuğunduru, soya, buğda, arpa və qarğıdalı becərir.
«Azərşəkər»in respublikanın müxtəlif ərazilərindəki təsərrüfatlarında 15 min hektara yaxın torpaq sahəsi var.
Bunlar Ağcabədi - 2500 hektar, Füzuli - 1100 hektar, Yevlax - 3 min hektar (2956 hektar) və Şəmkir - 8000 hektar – rayonlarında yerləşir.
Bu təsərrüfatların əhatə etdiyi torpaq sahələrinin ümumi ərazisi 14600 hektara çatır.
Şirkətin aqrolaboratoriyası və çoxsaylı texnika parkı da var.
Geqiş maliyyə imkanlarına malik olan «Azərşəkər» 2017-ci ildə, yəni cəmi 5 il əvvəl yaradılmasına baxmayaraq müxtəlif istiqamətdə təsərrüfatlara böyük məbləğlər yatırıb.
Məsələn elə bu mövsümdə, şirkət Şəmkir və Yevlax rayonlarında müasir suvarma təminatlı təsərrüfatlarımızda 4000 hektar sahədə, ümumilikdə isə 4751 hektar sahədə taxıl, şəkər çuğunduru, soya və qarğıdalı becərir.
2022-ci ilin sonuna kimi Şəmkir, Yevlax, Ağcabədi, Füzuli, Ağdam rayonlarında, toplam 4654 hektara yaxın ərazinin müasir suvarma və digər müasir infrastruktur sistemi ilə təchizatı üçün 65 milyon manata yaxın vəsait yatıracaq. «Hal-hazırda şirkətdə 350 nəfər işçi çalışır, əkinçilik işləri üçün 23 milyon manatdan çox vəsait yatırılmışdır»-deyə «Azərşəkər»in açıqlamasında bildirilir.
Bir qədər əvvəl «Azərşəkər» Türkiyənin «Agrobay Seracılık» şirkətləri heyvandarlıq və əkinçilik üzrə müştərək «Dastan Agro» akro park yaradıblar.
«Dastan Aqro» Yevlaxda böyük heyvandarlıq təsərrüfatı yaradılır. Ümumi Sahəsi 1150 hektar olan təsərrüfatda «Limuzin» və «Aberdin Angus» cinsindən olan 3000 böyük baş ətlik heyvan saxlanılacaq.
Yeri gəlmişkən, Türkiyənin «Agrobay Seracılık» şirkəti dünyanın ən böyük istixana şirkətlərindən biri sayılır.