“Azərşəkər” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalı yenidən artırılıb.
Eləcə də bax: “Azərşəkər”in nizamnamə kapitalı 65 milyon manata - ÇATDIRILIB
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Azərşəkər” MMC nizamnamə kapitalını 64 930 000 manatdan 67 830 000 manata qaldırıb.
Belə ki, “Azərşəkər”in nizamnamə kapitalı 2 900 000 manat artırılmış olub.
Xatırladaq ki, “Azərşəkər” 2017-ci ildə yaradılıb. Şirkət şəkər çuğunduru, eləcə də buğda, arpa, qarğıdalı və soya istehsalı ilə məşğuldur. Ağcabədi, Bakı, Füzuli, Yevlax və Şəmkirdə əkin sahələrinə sahibdir. Şirkətin qanuni təmsilçisi Anar Mehdiyev Rəsul oğludur.