Bu ilin ilk 9 ayında Azərbaycanda 843.9 min dkl (1dkl=10l) araq istehsal edilib ki, bu da illik müqayisədə 19.6% azalma deməkdir.
Eləcə də bax: Əhali bu il ərzağa 20 mlrd. manat - XƏRCLƏYİB
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilir.
Komitənin hesabatına əsasən, cari ilin yanvar-sentyabr aylarında pivə istehsalında da azalma var. Belə ki, istehsal illik müqayisədə 6.4% azalaraq 3775.7 min dkl təşkil edib.
Hesabatda o da bildirilir ki, 01.10.2022-ci il vəziyyətinə ölkədə 224.2 min dkl hazır araq, 254.9 min dkl hazır pivə ehtiyatı var.