Cari ilin yanvar-aprel aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 202 milyon manat dəyərində məhsul istehsal edilib.
Eləcə də bax: Azərbaycana geyim idxalı martda - ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə geyim istehsalında 55,4 faiz artım, toxuculuq sənayesində 11,2 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 24,2 faiz azalma müşahidə olunub. (Azərtac)