Azərbaycan hökuməti Avstriyanın “Grabher Group GmbH” şirkətini ölkənin sənaye zonalarına investisiya yatırmağa dəvət edib.
Sənaye parkında 59 milyon manatlıq investisiya layihəsinə də - Rezidentlik Hüququ Verildi
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Agentlikdə Avstriya şirkətinin baş direktoru Günter Qrabherin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqlara sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli investisiya imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri barədə məlumat verilib, sənaye zonalarının təqdimatı keçirilib.
Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin istehsal etdiyi olipropilendən istifadə etməklə sənaye zonalarında müxtəlif təyinatlı emal məhsullarının istehsalı müəssisəsinin yaradılması imkanları müzakirə edilib.