“Azpal” QSC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Ağdam Sənaye Parkında daha bir şirkətə rezident statusu verilib – Qazbeton blok istehsal edəcək
FED.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X.com-da (tvitter) bildirib.
Bununla da rezidentlərin sayı 37-yə çatıb.
Şirkət tərəfindən Sənaye Parkının ərazisində investisiya həcmi 58.9 mln. manat olan texniki (metallurji) silisium istehsalı müəssisəsi yaradılacaq və 160 nəfər işlə təmin ediləcək.
Xatırladaq ki, “Azpal” QSC 2017-ci ildə təsis edilib. 2000 manat nizamnamə kapitalı var. Şirkətin direktoru Fəxri Mirzə-Zadə Xəyyam oğludur.