Azərbaycanda iri süd və süd məhsulları istehsalçısı “Atena Qrup” QSC-nin baş icraçı direktorunun (CEO) digər şirkətə rəhbər kimi transferindən sonra, ora yenisi təyin edilib.
Eləcə də bax: “Atena”dan “AzGranata”ya transfer – Baş icraçı direktor - TƏYİN EDİLDİ - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Emin Rəhimov “Atena Qrup”un baş icraçı direktoru təyin edilib.
Qeyd edək ki, buna qədər bu şirkətin CEO-su olan Ceyhun Bəxtiyarlı “Az-ranata”ya rəhbər getmişdi.
Atena şirkəti haqqında
Atena Qrup 1996-cı ildə yaradılıb və 2 min manat nizamanmə kapitalına sahibdir. Səhmdarların 2018-ci ildə keçirilmiş yığıncağında “Atena” süd zavodunun sahibi “Atropatena Group” QSC-nin adının “ATENA Group” QSC-yə dəyişdirilməsinə qərar verilib və şirkət yeni adla dövlət qeydiyyatına alınıb. Hazırda Şirkətin 85%-i Zərəngiz Məmmədovaya, 15%-i isə Elşad Rəsulova məxsusdur.