“Modern” Şirkətlər Qrupunun şirkətində rəhbərlik yenidən dəyişir. “AzGranata” MMC-nin baş icraçı direktoru təyin edilib.
Eləcə də bax: "Optimal Elektronika"nı “Music Gallery” şirkətinə dəyişdi - YENİ TƏYİNAT - FOTO
FED.az Banker.az-a istinadən xəbər verir ki, Ceyhun Bəxtiyarlı “AzGranata”nın baş icraçı direktoru təyin edilib. O, bu vəzifədə Şaiq Mirzəyevi (ötən ilin sentyabrında təyin edilmişdir) əvəz edib.
“AzGranata” MMC 2009-cu ildə yaradılıb. Ağsuda böyük üzüm və nar bağlarınsa sahibdir. Həmçinin şirkətin nəzdində AZGRANATA zavodu fəaliyyət göstərir ki, həmin zavodda, alkoqollu və alkoqolsuz içkilər istehsal edilməkdədir. Şirkətin zavodu şərab, vodka, viski, konyak və hətta rakı brendləri yerli və xarici bazara məhsullar çıxarır.
Lakin son illərdə artıq üçüncü dəfədir ki, bu şirkətin sədri dəyişir. 2020-ci ilin yayına qədər ana şirkət “Modern” Ş.Q. və eləcə də “AzGranata”da baş icraçı direktoru Anar Bayramov istefa vermişdi. Bir müddət sonra, 2020-ci ilin sentyabrında isə Şaiq Mirzəyevi onun yerinə təyin etdilər.
C.Bəxtiyarlı isə buna qədər Azərbaycanda süd istehsalı ilə ixtisaslaşan “Atena” QSC-nin baş icraçı direktoru direktoru idi. O bu vəzifəyə 2019-cu ilin martından təyin edilsə də, 2018-ci ildən, 2019-cu ilin fevralınadək şirkətin baş kommersiya inzibatçısı kimi çalışmışdır.
Həmin tarixdən öncə isə “Nestle Azərbaycan”ının baş meneceri kimi çalışmışdı.