"Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Tütün" MMC nizamnamə kapitalını daha 1 milyon manat və yaxud 37,8 % azaldaraq 2 648 675 manatdan 1 648 675 manata endirdiyini elan edib.
"ASK Tütün" nizamnamə kapiatlını 1,5 milyon manat azaldır
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
"ASK Tütün" bu ilin mart ayında nizamnamə kapitalını 1,5 milyon manat və yaxud 36,2 % azaldaraq 4 148 675 manatdan 2 648 675 manata endirmişdi.
Xatırladaq ki, "ASK Tütün" Korporasiyaya məxsus “Azərtütün Aqrar Sənaye Kompleksi" MMC-nin yenidən təşkil olunması ilə 2021-ci ildə yaradılıb. (Report)