Armatur istehsalı ilə məşğul olan "El Metal Plus" şirkəti 2021-ci ili 4 milyon 267 min manat xalis mənfəət ilə başa vurb. Halbuki, şirkət 2020-ci ili 4 milyon 918 min manat xalis mənfəət ilə bağlamışdı.
Eləcə də bax: «Bakı Polad Burazlar» zavodu yenə də zərər açıqladı – HESABAT
FED.az xəbər verir ki, 2020-ci ildə şirkətin satışdan gəlirləri 18 milyon 197 min manat ikən, 2021-ci ildə 40 milyon 527 min manat təşkil edib (gəlirləri 2,3 dəfə artıb).
"El Metal Plus" şirkəti “EL Holdinq”in şirkətlər qrupundan biridir. Şirkətin armatur istehsalı zavodu 2004-cü ilin aprel ayından fəaliyyət göstərir. Zavodda metal qırıntılarından polad istehsal edilərək armatur və qəliblər hazırlanır.
(Marja)