«Bakı Polad Burazlar» ASC 2021-ci ilin nəticələrini açıqlayıb.
Eləcə də bax: Azərbaycanda qablaşdırma sənayesinin əsas problemləri - AÇIQLANIB
FED.az xəbər verir ki, hesabata görə, ötən il şirkətin əməliyyat gəlirləri 100 min manat artaraq 544 min manat, satışın maya dəyəri isə 60 min manat artaraq 280 min manat olub.
Nəticədə şirkətin ümumi mənfəəti 263 min manat olub. İnzibati (305 min manat) və sair əməliyyat xərclərini (31 min manat) də nəzərə alanda, şirkət ili 71 min manat zərərlə tamamlayıb.
Xatırladaq ki, «Bakı Polad Burazlar» zavodu 2020-ci ildə də zərər etmişdi – 123 min manat.
2021-ci ildə «Bakı Polad Burazlar» zavodunun aktivləri təqribən 2,6% artaraq 1 milyon 136 min manat olub. Artım əsasən zavodun debitor borcları hesabına baş verib. Bu dövrdə «Bakı Polad Burazlar» zavodunun öhdəlikləri 29 min manat artaraq 1 milyon 23 minə manata yüksəlib.
Kapitalı isə dəyişməyərək 112,5 min manatlıq həddə qalıb.