Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" bu ilin birinci yarısında 27 922 unsiya qızıl hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,8% azdır.
Eləcə də bax: Azərbaycanda bu il 1,7 ton qızıl və 2,1 ton gümüş hasil edilib - CƏDVƏL
FED.az xəbər verir ki, şirkətin hesabatına görə, digər metallar da daxil olmaqla, bu ilin ilk 6 ayı ərzində şirkət 32,501 qızıl unsiya ekvivalenti həcmində məhsul istehsal edib ki, bu da 18,6%-lik azalma deməkdir.
2019-cu ilin yanvar-iyunu ilə müqayisədə bu ilin müvafiq dövründə şirkət üzrə mis istehsalı 25,3% artaraq 1 207 tona çatıb, gümüş istehsal isə 30,6% azalaraq 58 529 unsiyaya təşkil edib.
Qeyd olunur ki, yeni növ koronavirusun (COVID-19) pandemiyası və bununla başlı Azərbaycanda tətbiq olunan məhdudiyyətlər (xüsusi karantin rejimi) Gədəbəy yatağında əməliyyatların aparılmasına müəyyən təsir göstərib. (Apa)