Bakının mərkəzində yalnız yüngül sənaye sahələri qalacaq.
FED.az xəbər verir, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.
"İndiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb"
"Sənaye müəssisələrinin yerində inşa edilən şəhərə misala olaraq Ağ şəhəri misal çəkə bilərik. Bu, belə də davam edəcək. Mərkəzdə yalnız yüngül sənaye sahələri qalacaq. Məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı binaların bəziləri qəzalı vəziyyətə çox yaxındır. Onların Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir. İnsanlar köçürüldükdən sonra o binaların da digərlər qəzalı binalar kimi yenidən qurulması nəzərdə tutulur. Artıq yanaşmalar kompleks olacaq. Bu da şəhərdə müvafiq istirahət yerlərinin, yaşıllıqların planlaşdırılmasına zəmin yaradır", - deyə o qeyd edib. (Report)