Ağdam Sənaye Parkının yeni rezidenti “Almet Holding” Qapalı Səhmdar Cəmiyyəti Sənaye Parkının 1 hektar ərazisində “Müxtəlif növ dəmir məmulatlarının istehsalı” layihəsini həyata keçirəcək.
Eləcə də bax: Ağdam Sənaye Parkında 4 yeni şirkət - 27 MİLYON MANAT SƏRMAYƏ, 250 YENİ İŞ YERİ
Bu barədə FED.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib.
Layihə çərçivəsində polad həsir, mismar, bolt, məftil, eləcə də sinkli məftil istehsal ediləcək.
Layihənin investisiya dəyəri 13 milyon manatdır. Layihə çərçivəsində 100 nəfər daimi işlə təmin ediləcək.
Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.